Azərbaycanın ikinci "Qarabağ"ı - Qurban Qurbanov onu alar

14 Noyabr 2022 11:40 Sabah 4 295
Azərbaycanın ikinci "Qarabağ"ı - Qurban Qurbanov onu alar

Dildə söyləmək asandır. «Sabah» həqiqətən fərqlidir.

Bu mövsüm ölü yerindən gümüş medalı qazanmasalar, demək. Mən futboldan heç nə bilmirəm, anlamıram.

Masazır klubunun başında dayananların son 5-6 ildə gördüyü nə düzgün işlərdən biri Murad Musayevi Rusiyadan gətirməsidir. Əla tapıntıdır.

39 yaşlı bu özbək balası Premyer Liqamıza yaraşıq verən bir komanda qurub. Musayevin ən yaxşı xüsusiyyəti kimi mən «Qarabağ»dan çəkinməyən futbol oynatmasıdır.

O, həmin adamdır - ötən mövsüm «Qarabağ»a böyük hesabla uduzsalar da, heç-heçə etsələr də, hamısında hücum futbolu oynatmasıdır.

Cari sezonun ilk dövrəsindəki qarşılaşmanı da hafizəmizdən çıxarıb atmayaq. Suraxanıda 3 qol vurmuşdular…

«Qarabağ»a bir oyunda 3 qol vuran ikinci komanda olana kimi Musayevə tənqidin «t» hərfi qədər irad bildirməyəcəm.

İkinci «Qarabağ»ı dünən Masazırda izlədim. Sanki rəqiblər formalarını dəyişmişdi. «Sabah» ilk dəqiqədən 70-75-ci dəqiqəyə kimi axıcı və baxımlı idi.

Orta sahədə basqı quran, «Qarabağ»ı qapısı qarşısına sıxan, topla daha çox oynayan, Yusif İmanovun qapı önündə istirahətini təmin edən ev sahibləri yaratdıqları qol epizodları ilə böyükhesablı qələbəyə yaxın idi.

Təkcə iki fraqmentdə qapı tiri Şahruddin Məhəmmədəliyevin dadına yetişdi. Mikels, Apeh və Letiç qol vura bilmədi, amma davha nə etmədilər ki!

«Sabah» necə olub ki, Letiçi razı salıb, maraqlanacam. Ümumiyyətlə, serbiyalı müdafiəçi 1 ildən artıqdır diqqətimi çəkib, onu əksər legionerlərdən fərqləndirirəm.

Əsl «Qarabağ»lıq legionerdir. Mərc etməyə hazıram, Letiç günü sabah «Sabah»dan ayrılmaq istəsə, Qurban Qurbanov onu ertəsi gün «Qarabağ»a gətirər.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti