Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun son matçında "Sabah" "Qarabağ"ı qəbul edib.
"Bank Respublika Arena"da oynnaılan görüş qolsuz heç-heçə ilə başa çatıb.
Cari mövsüm ölkə çempionatında ilk dəfə xal itirən "köhlən atlar" hazırda turnir cədvəlinə başçılıq edir.
Ağdam klubunun aktivində 40 xalı var. Liderdən 5 xal geri qalan paytaxt təmsilçisi ilə 2-ci pillədə qərarlaşıb.

