Almaniyalı "Qarabağ"a qarşı oynaya biləcək?

13 Noyabr 2022 03:00 Sabah 828
Almaniyalı "Qarabağ"a qarşı oynaya biləcək?

Premyer Liqanın 14-cü turunda "Qarabağ"la qarşılaşacaq "Sabah" oyuna hazırlıqlarını başa vurub.

Sportinfo.az xəbər verir ki, Masazır klubu bu oyuna itkilərlə çıxacaq.

Uzun müddətdir ki, meydana çıxmayan Tiemoko Fofan və Zurab Oçiqavadan əlavə, Amin Seydiyev sarı vərəqə səbəbindən oynamayacaq.

Ölkə çempionatının 12-ci turunun “Qəbələ” görüşündə zədələnən Coy-Lans Mikkels “Qarabağ”la matçda meydana çıxa bilər.

Almaniyalı artıq artıq komandaya qoşulub. Lakin onun tam hazır olub-olmadığı dəqiq bilinmir.

​“Sabah” – “Qarabağ” matçı noyabrın 13-də “Bank Respublika Arena”da saat 17:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti