«Sabah» Coy-Lens Mikelslə bağlı istəyinə çatıb.
Belə ki, 28 yaşlı hücumçu bir müddət əvvəl klubdan aldığı yeni müqavilə təklifinə razılıq verib.
Ötən mövsümdən Masazır təmsilçisinin şərəfini qoruyan almaniyalı forvardın müqaviləsi yayda başa çatırdı. Onunla yeni sözləşmənin müddəti iki il olacaq və əvvəlkindən daha çox maaş nəzərdə tutulub.
Premyer Liqanın cari mövsümündə 7 qol vuran forvard hazırda komandasının ən yaxşı bombardiri statusun daşıyır.
XANOĞLAN / SPORTİNFO.AZ

