“Sabah”ın ən qolçu ismi “Qarabağ”la matçda forma geyinməyəcək?

10 Noyabr 2022 21:00 Sabah 950
“Sabah”ın ən qolçu ismi “Qarabağ”la matçda forma geyinməyəcək?

Çempionluq uğrunda mübarizə aparan iki komanda Premyer Liqanın 14-cü turunda üz-üzə gələcək.

“Sabah” noyanrın 14-də “Qarabağ”ı Masazırda qonaq edəcək.

“Tələbələr” ilk 13 həftədə qələbələri sıralayan “köhlən atlar”a qalib gəlsə, həm onların seriyasını qıracaq, həm ilk dövrədəki məğlubiyyətin revanşını alacaq, həm də aradakı xal fərqini 2-yə endirəcək.

“Saabah” liderlə görüşə, böyük ehtimalla, ən yaxşı qolçusu olmadaan çıxacaq. Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

O bildirib ki, Coy-Lens Mikels “Qəbələ” ilə matçda zədələnib. Aktivində 7 qol olan almaniyalı hücumçu məhz bu üzdən “Səbail”lə keçən matçı (2:0) buraxıb.

Ayaq əzələsi dartılan Mikelsin müalicə prosesi yenicə başa çatıb və məşqlərə qatılıb. Lakin hazırlıq səviyyəsi hələ yetərli olmadığından, “Qarabağ”a qarşı forma geyinməsi sual altındadır.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!