"Sabah"ın legionerinə bu ölkənin yığmasına dəvət gəldi

11 Noyabr 2022 00:40 Sabah 900
"Sabah"ın legionerinə bu ölkənin yığmasına dəvət gəldi

"Sabah"ın legioneri Aleksey Kaşuk Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi noyabrın 19-da İsrail, noyabrın 21-də Gürcüstanla yoldaşlıq matçları üçün heyətdə yer alacaq.

Yığmanın 15 - 22 noyabrda Gürcüstanda təlim-məşq toplanışı planlaşdırılır.

Ukraynanın U-21 yığması 2023-cü ildə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Komanda B qrupunda Rumıniya, İspaniya və Xorvatiya ilə mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti