"Klubda sabit struktur var, 14 ildir, eyni baş məşqçi işləyir".
Sportinfo.az xəbər verir ki, bu sözlər "Sabah"ın baş məşqçisi Murad Musayevə məxsusdur.
O, Rusiya mətbuata açıqlamasında "Qarabağ" niyə belə güclüdür" sualına cavabında deyib:
"Hər şey kərpic-kərpic qurulub. Artıq 9 ildir ki, avrokubokların qruplarında oynayırlar. Onların modeli haqqında danışsaq, bu, mənim vaxtımdakı "Krasnodar"a bənzəyir.
Hücumçular Petrov və Kaleşin kimi çox fəal cinah oyunçularıdır. Qaçırlar, kombinasiya edib birləşdirə bilirlər. Və vacib olan - onların iki yaxşı heyəti var.
Avropadakı matçdan üç gün sonra yerli çempionatda keyfiyyətli oyun göstərirlər. Məsələn, "Ferentsaroş"la ev matçında Kadi kimi vacib oyunçuları yox idi. İki mərkəz müdafiəçisi oynamırdı - biri kapitan, ikincisi isə çox yaxşı oyunçudur.
Ancaq yenə də mərhələ keçdilər. "Qarabağ" Rusiya ilə müqayisədə az pula keyfiyyətli oyunçular alır".

