Millinin qapıçısı ilə "Sabah" arasında razılıq

2 Noyabr 2022 19:00 Sabah 1 974
Millinin qapıçısı ilə "Sabah" arasında razılıq

«Sabah» Coy-Lens Mikelsdən sonra daha bir futbolçusu ilə apardığı danışıqları uğurla yekunlaşdırmağa yaxındır.

Almaniyalı hücumçu ilə 3 illik yeni müqavilə imzalayan Masazır klubu bu dəfə Yusif İmanovdan «okey» alıb.

Gənclər yığmasına da dəvət alan qapıçının hazırkı sözləşməsi 2024- cü ilin yayınadək qüvvədədir.

Murad Musayevin daim əsas heyətdə şans verdiyi İmanovla kontraktın 2027-cı ilədək uzadılması nəzərdə tutulub. Belə olan təqdirdə, onun illik qazancında da əvvəlki mövsümlərlə müqayisədə artım qeydə alınacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM