Azərbaycanda 3 klubun formasını geyindi, “30”u “Sabah”da “yudu”

31 Oktyabr 2022 20:20 Sabah 540
Azərbaycanda 3 klubun formasını geyindi, “30”u “Sabah”da “yudu”

“Sabah”ın hücumçusu Davit Volkov Azərbaycan çempionatında 30-cu qolunu vurub.

Sportinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı legionerin yubileyi Misli Premyer Liqasının XII turuna təsadüf edib.

Davit “Qəbələ” ilə ev görüşündə komandasının qələbə topunu vurub – 2:1.

Premyer Liqada 2019-cu ildə debüt edən hücumçu üç klubun heyətində fərqlənib. O, “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 3 qola imza atıb.

Davitin ilk topu 2019-cu il aprelin 14-də “Keşlə” – “Qəbələ” matçına (1:2) təsadüf edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti