Azlıqda qalan “Neftçi” 2 qolun nəyin sayəsində vurub? – SƏBƏBİ BİLİNDİ

30 Oktyabr 2022 19:40 Sabah 1 031
Azlıqda qalan “Neftçi” 2 qolun nəyin sayəsində vurub? – SƏBƏBİ BİLİNDİ

“Neftçi”ni məğlub etdik, çünki çox layiqli performans sərgilədik.

Komanda meydanda əsl mübarizə apardı. Fikrimcə, qələbəyə layiq idik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi” üzərində 3:2 hesablı qələbə qazanan “Sabah”ın futbolçusu Coy-Lens Mikels deyib.

Qonaqlar hesabda 3:0 öndə olsa da, azlıqda qalan “ağ-qaralar” ikinci hissədə 2 qol vurmağı bacardı. “Neftçi”nin futbolçuları rəqib qapısı önündə dəqiqlik nümayiş etdirsəydi, matç heç-heçə də başa çata bilərdi.

“Sabah”ın ən məhsuldar futbolçusu olan Mikels vəziyyətin bu cür alınmasında arxayınlığın rol oynadığını düşünür:

“Həmin anda nə baş verdiyini mən də anlamadım. Bunu izah edə bilmirəm. Düşünmürəm ki, buraxdığımız 2 qol rahatlığın nəticəsi idi.

Sadəcə, nəzərə almalıyıq ki, biz Premyer Liqanın ən yaxşı klublarından birinə qarşı onların meydanında oynayırdıq. Burda azarkeş amilini də nəzərə almaq lazımdır.

Matçın 70 dəqiqəsində rəqibdən üstün futbol sərgilədik. Lakin bu, kifayət deyil, 90 dəqiqə eyni konsentrasiyanı qoruyub saxlamaq lazımdır.

Komanda hər keçən gün özünü bir az da inkişaf etdirir, yeni bir şey öyrənir. Buna görə də, ümid edir və inanıram ki, bu, bir daha baş verməyəcək”.

Cari mövsümdə “Sabah”da 11 oyunda meydana çıxan Coy-Lens Mikels 7 qol vurub, 5 qolun ötürməsini verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti