Müqaviləsi 1 il uzadılan baş məşqçi: “Addım-addım daha da güclənməliyik”

28 Oktyabr 2022 00:30 Sabah 671
Müqaviləsi 1 il uzadılan baş məşqçi: “Addım-addım daha da güclənməliyik”

“Klubumuzun bir parçası olduğuma görə çox şadam”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Sabah”ın baş məşqçisi Murad Musayevə məxsusdur.

2020-ci ilin oktyabrından Masazır klubunda işə başlayan rusiyalı çalışdırıcı yeni müqavilə imzalayıb. Daha 1 il burada qalacaq sabiq “Krasnodar”lı məmnunluğunu dilə gətirib:

“Addım-addım daha da güclənməliyik. Qarşıda görülməli olan çox iş var.

Hər gün ürəklə çalışaraq, bundan sonra da azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Qəsəbə təmsilçisi onun rəhbərliyi altında keçirdiyi 33 oyunun 20-dən qələbə ilə ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti