“Onunla yeni müqavilə bağladığımıza görə çox şadam“.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Sabah”ın prezidenti Maqsud Adıgözəlova aiddir.
Masazır klubu Murad Musayevlə yeni müqavilə bağlayıb. Anlaşmaya əsasən, rusiyalı mütəxəssislə cari mövsümün sonunda bitəcək müqavilə müddəti daha 1 il – 2024-cü ilin may ayına kimi uzadılıb.
M.Adıgözəlov bildirib ki, komanda Musayevin rəhbərliyi altında günü-gündən inkişaf edir:
“Bu, sərgilənən futbolda özünü açıq şəkildə göstərir. O, komandaya bizim klub olaraq arzuladığımız futbol fəlsəfəsini aşılayır.
İnanıram ki, yeni anlaşma hər iki tərəf üçün uğurlu olacaq və birlikdə öz hədəflərimizə çatacağıq”.

