Premyer Liqa klubunda yeni kontrakt rəsmən qüvvəyə mindi

27 Oktyabr 2022 12:40 Sabah 1 026
Premyer Liqa klubunda yeni kontrakt rəsmən qüvvəyə mindi

“Sabah” Murad Musayevlə yeni müqavilə bağlayıb.

Klub saytımızın yaydığı xəbəri rəsmi surətdə təsdiqləyib.

Anlaşmaya əsasən, baş məşqçinin cari mövsümün sonunda bitəcək müqavilə müddəti daha 1 il – 2024-cü ilin may ayına kimi uzadılıb.

Rusiyalı mütəxəssis 2021-ci ilin 30 oktyabr tarixindən “Sabah”ı çalışdırır. Komanda onun rəhbərliyi altında keçirdiyi 33 oyunun 20-dən qələbə ilə ayrılıb.

Masazır təmsilçisi hazırda Premyer Liqada uğurlu çıxış edir. 11 tur ərzində 22 xal toplayıblar və turnir cədvəlinin 2-ci pilləsində yer alıblar.

Yeni sövdələşməyə görə, “Sabah” Musayevin əməkhaqqısını artırıb. Onun qarşısına qoyulan vəzifə isə dəyişməyib - klubu tarixində ilk dəfə avrokuboklara daşımaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti