«Sabah» Murad Musayevə yeni müqavilə təklif edib.
Masazır klubu 2020-ci ilin oktyabrında görəvə gətirdiyi rusiyalı mütəxəssislə əməkdaşlığın müddətini uzatmaq niyyətindədir.
Avrokuboklara vəsiqə qazanmaq iddiasında olan «ağ-göylər» baş məşqçiylə anlaşmanı 3 illik yeniləmək fikrindədir.
Özbək kökənli çalışdırıcının 2 illik sözləşməsinin tamamlanmasına sayılı günlər qalıb.
Komanda onun rəhbərliyi altında cari mövsümü uğurlu keçirir. «Sabah» 11 turdan sonra turnir cədvəlində yalnız «Qarabağ»dan geri qalır.
Murad Musayev 2005-ci ildə "Krasnodar"ın akademiyasında işə başlayıb. Əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, "Pro" lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb.
Krasnodarlılar 2018/2019 mövsümündə Musayevin rəhbərliyi altında tarixində ikinci dəfə Rusiya Premyer Liqasında bürünc medal qazanıb.
Əyalət təmsilçisi növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və Avropa Liqasında 1/8 finaladək irəliləyib.
39 yaşlı mütəxəssis 2020-ci ilin aprelin 3-də "Axmat"a 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.
SPORTİNFO.AZ

