“Sabah”ın aparıcı fiqurunun halı hamını qorxutmuşdu, məlum oldu ki...

26 Oktyabr 2022 23:20 Sabah 714
“Sabah”ın aparıcı fiqurunun halı hamını qorxutmuşdu, məlum oldu ki...

Premyer Liqanın XI turunda "Neftçi" ilə oyunda zədələnən "Sabah"ın legioneri Aleksey Kaşukun durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçinin zədəsi cox ciddi deyil.

MRT müayinəsindən sonra Kaşukun ayağında hər hansı qırıq aşkarlanmayıb.

Müalicəsi davam etdirilən 22 yaşlı əcnəbinin futbolçunun nə vaxt sıraya dönəcəyi hələlik müəyyənləşməyib.

"Sabah" səfərdə "Neftçi"yə 3:2 hesabı ilə qalib gəlib.

Ev sahiblərinin yarımmüdafiəçisi İsmayıl Zülfüqarlının zədələdiyi Kaşuk 77-ci dəqiqədə yerini İldar Alekperova verib. Referi Kamal Umudlu isə səbəbkara qırmızı vərəqə göstərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti