“Neftçi”nin məğlubiyyətinin səbəbi İSPANIN DİLİNDƏ

25 Oktyabr 2022 20:00 Sabah 1 610
“Neftçi”nin məğlubiyyətinin səbəbi İSPANIN DİLİNDƏ

“Bu cür oyunlar həmişə yaxşı mənada öz gərginliyi ilə seçilir.

“Neftçi” ilə qarşılaşma da bu baxımdan istisna olmadı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 11-ci turu çərçivəsində baş tutan “Neftçi” – “Sabah” qarşılaşması haqda danışan Kristian Sebalyos deyib.

“Tələbələr” cari mövsümdə güclü rəqibini ikinci dəfə məğlub etməyi bacardı. Halbuki qonaqların meydanı 3 xalla tərk edəcəyinə çox adam inanmırdı.

İspaniyalı yarımmüdafiəçi əldə olunan 3:2 hesablı qələbənin səbəbini rəqiblə müqayisədə daha az səhvə yol vermələrində görür:

“Belə matçlarda səhvlər əsas rol oynayır. Kim daha az səhv edirsə, o da görüşdən qalib ayrılır.

Fikrimcə, bu baxımdan rəqibdən daha yaxşı oynadıq və bizim üçün vacib olan qarşılaşmadan 3 xalla ayrılmağı bacardıq”.

Murad Musayevin yetirmələri ilk yarıda vurulan 2 qolla fasiləyə üstün yollanmışdı. İkinci hissədə vurulan 3-cü qol isə “ağ-qaralar”ın darmadağınından xəbər verirdi.

Üstəlik, “Neftçi” 10 nəfərlə oynayırdı ki, hesab arasındakı fərqin artacağı gözlənilirdi. Lakin qollar meydan sahiblərindən gəldi. Yeqor Boqomolski dəqiq oynasaydı, hətta bərabərlik qeydə alınacaqdı.

Maraqlıdır, fasilədən sonra “Sabah”a nə olmuşdu? “İp”in aldən çıxmasının səbəbi nə idi?

“Futbolda bu cür hallar olur. Deməzdim ki, komanda vaxtından əvvəl rahatlaşdı.

Nəzərə alaq ki, rəqib öz meydanında oynayırdı və bu matçda məğlub olmamaq üçün əlindən gələni edirdi. “Neftçi” son dəqiqələrdə hesab arasındakı fərqi minimuma endirməyi nail oldu.

Lakin bundan sonra toparlanmağı bacardıq. Hətta son dəqiqələrdə hesab arasındakı fərqi yenidən artıra bilərdik.

İstənilən halda, bizim üçün əsas olan bu matçdan 3 xalla ayrılmaq idi ki, buna nail olmağı bacardığımıza görə şadam”.

“Sabah” qazandığı qələbə sayəsində “Neftçi”ylə xalların fərqini 6-ya yüksəltdi (28-22).

Matçın iştirakçısı olan Sebalyos 70-ci dəqiqədə Anatoli Nuriyevin əvəzinə meydana daxil olmaqla qələbədə pay sahibi olub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti