"Sabah”da “Krasnodar”da cəsarət etmədiyim şeyləri sınadım"

24 Oktyabr 2022 20:20 Sabah 802
"Sabah”da “Krasnodar”da cəsarət etmədiyim şeyləri sınadım"

“Sabah”da məşqçilik baxımından “Krasnodar”da cəsarət etmədiyim şeyləri sınadım.

Standart vəziyyətlərdə, hibrid sxemlərdə çoxlu yeniliklər etdim”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev “sports.ru” saytına geniş müsahibəsində deyib.

38 yaşlı mütəxəssis bildirib ki, bunun üçün əvvəlcə “Krasnodar”da baş verənləri təhlil edib:

“Məşq prosesinin strukturunu daha aydın şəkildə formalaşdırdım. Hansı gün nə etməli olduğumuzu dəqiqləşdirdim.

Məsələn, bir müdafiəçim var ki, döyüşkəndir, yaxşı mübarizə aparır, amma adətən hücuma gecikir, üstəlik son ötürmələrdə problemi var.

Onun hücuma çıxmaması üçün taktikamızı yenidən gözdən keçirdik. İndi müdafiədə 4-4-2, hücumda isə 3-2-5 şərti düzülüşü ilə oynayırıq.

Çalışırıq ki, rəqibin arxadakı “dördlüy”ünü “beşimiz”lə yükləyək. Bu düzülüşə görə cinahlarda yaxşıyıq.

Rəqib “avtobusla oynayanda” belə hücumlar təsirli olur. Amma bu taktikada topla daha sürətli işləmək lazımdır.

Bir və ya iki toxunuş, istiqamətləri tez-tez dəyişdirmək, aktiv hərəkətlə daxil ola biləcəyiniz sərbəst zonaları axtarmaq vacibdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti