“Qarabağ” Rusiya ilə müqayisədə daha az pula keyfiyyətli oyunçular alır”.
Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın baş məşçisi Murad Musayev “sports.ru” saytına geniş müsahibəsində “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışı haqqında danışarkən deyib.
Rusiyalı mütəxəssis vurğulayıb ki, “Qarabağ” sabit struktura malikdir:
“14 ildir ki, komandaya bir məşqçi rəhbərlik edir. Hər şey kərpic-kərpic hörülüb. Artıq 9 ildir ki, avrokubokların qruplarında oynayırlar”.

