Azərbaycana gələn “Fənər”li: “Maliyyə məsələlərində anlaşa bilmədik, geri qayıtmalı oldum”

22 Oktyabr 2022 23:20 Sabah 1 799
Azərbaycana gələn “Fənər”li: “Maliyyə məsələlərində anlaşa bilmədik, geri qayıtmalı oldum”

“Orada icarə əsasında oynayırdım və fikrimcə, orada çıxışın pis də alınmırdı”

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın müdafiəçisi Abdulaye Ba deyib.

2015/16 mövsümündə icarə əsasında “Fənərbağça”da forma geyinən və 18 matçda meydana çıxan seneqallı legioner əməkdaşımızın “niyə İstanbulda qalmadın” sualını bu cür cavablandırıb:

“Maliyyə məsələlərində anlaşa bilmədik. Ona görə də müqavilə ilə məxsus olduğum “Portu”ya qayıtmalı oldum”.

Azərbaycan klubu bu yay afrikalı ilə 1+1 illik müqavilə imzalayıb.

Mərkəz müdafiəçisi karyerası ərzində Portuqaliyanın “Portu” (2012 - 2014), “Sportinq” (Kovilya, 2010/2011), “Akademika” (2011/2012), “Gimaraynş” (2013/2014), “Moreyrense” (2020 - 2022), “Aroka” (2021/2022), İspaniyanın “Rayo Valyekano” (2014/2015, 2017 - 2019), “Deportivo” (2019/2020), Türkiyənin “Fənərbağça” (2015/2016), “Alanyaspor” (2016/2017), Almaniyanın “Münhen 1860” (2016/2017) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/2021) klublarında çıxış edib.

31 yaşlı oyunçu Seneqal millisinin heyətində 6 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti