“Sabah”da üzlər gülür: 2-si gəlir, 1-i gələn ilə qaldı

18 Oktyabr 2022 21:00 Sabah 1 102
“Sabah”da üzlər gülür: 2-si gəlir, 1-i gələn ilə qaldı

Qələbələri sıralayan “Sabah” 10 oyundan sonra topladığı 25 xalla Premyer Liqanın 2-ci pilləsindəki yerini bərkidib.

Buna baxmayaraq, komandanın baş məşqçisi Murad Musayev hələ də qayğılıdır.

Ötən aylarda zədələnən 3 futbolçu – Tiemoko Fofana, Kristian da Silva və Zurab Oçiqava xeyli vaxtdır kollektivdən uzaq düşüb.

Klubun mətbuat katibi Elnur Həmidovdan aldığımız məlumata görə, zədəlilərin hamısı fərdi məşqlərə start verib.

Fofana ilə Silvanın durumu yaxşıya doğru xeyli dəyişib. Yaxın günlərdə kollektiv çalışmalarda iştirak edib noyabr ayında meydana çıxacaqları inandırıcı görünür.

Oçiqava isə gözləmək məcburiyyətindədir. Əməliyyat olunan əslən gürcü müdafiəçi bu il çox güman oynamayacaq. Onun yanvardakı toplanışda iştirak edəcəyi ehtimal olunur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti