Murad Musayev bu qərara görə sorğulanmamalıdır!

17 Oktyabr 2022 21:20 Sabah 1 184
Murad Musayev bu qərara görə sorğulanmamalıdır!

"Sabah" uğurlu çıxışını davam etdirir. Komandanın növbəti qurbanı "Zirə" oldu.

Masazır təmsilçisi doğma meydanda rəqibini "quru hesabla" məğlub etdi - 1:0.

"Quru hesab" demişkən, bu, paytaxt klubunun mövsümdə 6-cı belə qələbəsidir.

Təbii ki, belə statistikada müdafiə xətti və qapıçının rolu danılmazdır. Ümumiyyətlə, gənc Yusif İmanovun qoruduğu qapıdan rəqiblər cəmi 7 top keçirə bilib. Bu qollardan yarıdan çoxu - 4-ü "Qarabağ"ın payına düşür.

Əslində mövsümün əvvəl çoxunun ehtimal etdiyi o idi ki, paytaxt klubunda mütləq legioner qapıçı transferi olacaq, ya da əsas qapıçı Aleksandır Noçayev seçiləcək.

Həm əcnəbidir, həm də təcrübəli. Amma Musayev tam fərqli qərarla yadda qalmaqdadır. İmanovu əsas qapçı gözündə görən mütəxəssis belarusluya ikinci də yox, üçüncü kimi baxır.

Və arxada qalan 10 tur onun haqqlı olduğunu artıqlaması ilə sübut edir.

Düzdü, İmanov ilk matçlar bir neçə səhvləri ilə yadda qaldı. Amma baş məşqçi ona inamını davam etdirdi. Son turlar həmin səhvləri də Yusifdə görmürük. Rusiyalı mütəxəssis inadla ona güvənir və böyüməsində önəmli addım atmış olur.

Bu məsələdə legioner məşqçiyə sadəcə əhsən düşür. Sonuncu dəfə 20 yaşlı qapıçıya heç hansısa yerli mütəxəssisin belə güvəndiyini xatırlamıram.

Amma üzücü məqam odur ki, hər dəfə bu məsələ mənfi istiqamətdə qabardılır.

Məsələn, "Səbail"lə qolsuz bitən və "Zirə" üzərindəki "quru hesablı" qələbə ilə bitən oyundan sonra baş məşqçidən niyə qapıçı mövqeyində dəyişiklik etməməsi sorğulanır. Maraqlıdır niyə?

Axı adam son 3 oyunda qapısını toxunulmaz saxlayıb. Ən azından belə məqamda 20 yaşlı birinə şans verdiyi üçün Murad Musayev sorğulanmamalı, alqışlanmalıdır!

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti