Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Sabah" Masazırda "Zirə"ni qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 72-ci dəqiqədə Emmanuel Apeh vurub.
84-cü dəqqiqədə qonaqlardan Coşqun Diniyev ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.
Bu nəticədən sonra xallarını 25-ə çatdıran "Sabah" liderliyə yüksəlib. 16 xalı olan "Zirə" isə 4-cü sırada qalıb.

