Xurcunu dolu "Sabah"

16 Oktyabr 2022 19:00 Sabah 711
Xurcunu dolu "Sabah"

Mövsümün ilk 10 həftəsini göz önünə gətirsək, «Sabah»ın sabit oyun nümayiş etdirmədiyini söyləyə bilərik.

Rəqiblərin adından və iddiasından asılı olaraq.

Murad Musayevin komandası güclülərlə güclü, zəiflərlə zəif mücadilə verir.

Ötən illər olsaydı, biz turnir cədvəlininin aşağı pillələrində yer alan «Sabah»ı müzakirə edərdik. Bu gün isə onlar liderlər qrupunda, ikinci pillədədir.

Nəyin sayəsində? Musayev doğru heyət və anında oyuna müdaxilərlə nəticəni öz lehinə çevirməyi bacaran mütəxəssisdir.

Ümumən deməliyik ki, rusiyalı «Sabah»ın ən uğurlu tapıntısıdır. Hər işin başında gərək öz bilicisi ola.

Uğurlu baş məşqçi odur ki, komandası hətta zəif təsir bağışlayanda belə, düzgün taktiki seçim və futbolçu yerdəyişməsi hesabına 3 xalı əldə edir.

«Zirə» ilə dünənki qarşılaşmada daha üstün təsir bağışlayan tərəf «Sabah» idi. Sanballı legionerlərin ifaçılıq qabiliyyəti «Sabah»ı arzuladığı qələbəyə çatdırdı.

Müdafiədə diqqətli, orta sahədə sürətli olan ev sahibləri bir neçə epizodda qolun iyini aldı və nəhayət, Emmanuel Apehlə 72-ci dəqiqədə hesabı açdı.

«Zirə» qol epizodlarına girdi, bəli. Fərqlənmək üçün gözəl imkanlar əldə etdi, lakin son nöqtəni qoymaqda gec tərpəndilər.

«Sabah» 6 xallıq oyunlara ikiqat istək və həvəslə çıxır. Belə qarşılaşmalarda yalnız bir dəfə «Qarabağ»a uduzublar.

Sezonun əvvəlində qeydə alınan bu göstəricilər final mərhələsində Murad Musayevin əlindən çox tutacaq.

İkili oyunlardakı avantaj «Sabah»a irəlidə «bol qida» vəd edir.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti