"Sabah" bu sayı 20-yə çatdırdı

16 Oktyabr 2022 13:20 Sabah 821
"Sabah" bu sayı 20-yə çatdırdı

"Sabah" Azərbaycan Premyer Liqasında 20-ci ev qələbəsini qazanıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley X turda "Zirə" ilə qarşılaşmaya təsadüf edib.

1:0 hesabı ilə qalib gələn meydan sahibləri 20-ci qələbəsinə 57-ci oyununda nail olub.

Bakı klubu öz meydanında ən azı 20 dəfə üç xala sahib çıxan 32-ci komandadır. Paytaxt təmsilçisi eyni sayda qələbə əldə edən “Səbail”lə “Bakılı”ya çatıb.

“Sabah” Premyer Liqadakı ilk ev qələbəsini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində qazanıb – 1:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti