"Belə qələbələr psixoloji cəhətdən çox önəmlidir" - Murad Musayev

2 Oktyabr 2022 18:15 Sabah 633
"Belə qələbələr psixoloji cəhətdən çox önəmlidir" - Murad Musayev

"Sabah" Azərbaycan Premyer Liqasının 8-ci turunun oyununda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb

- Bu gün çox çətin oyun oldu. Rəqibin demək olar ki, meydanın hər qarışında bizə qarşı mübarizə aparırdı. Komandama təşəkkür edirəm. Bizim üçün çox da yaxşı keçməyən matçın son dəqiqələrində qol vurub qələbə qazandıq. Bu cür oyunlara başqa cür köklənməliyik. Belə qələbələr psixoloji cəhətdən çox önəmlidir.

- Oyun planında ən çox nədən narazı qaldız?

- İkili mübarizələrdə və ikinci toplarda uduzmağımızdan və əks-hücumlara sürətli çıxa bilməməyimizdən narazı qaldım. Çünki, bu, rəqib üçün oynamaq imkanı yaradırdı. Biz mövqe hücumuna keçəndə onlar rahat müdafiə olunurdu.

- "Sabah"ın "Şamaxı"da icarədə olan futbolçuları var. Onlar oyunları ilə diqqətinizi cəkə bildilər?

- Əlbəttə ki, baxırıq. Önümüzdə çox oyunlar var, özlərini göstərmək üçün vaxtları olacaq. Hər zaman onları izləyirik.

- İlk dəfə Şamaxıya gəldiniz. Buradakı ab-hava haqda nə deyə bilərsiz?

- Əlbəttə ki, qələbə qazanmışıq deyə müsbət emosiyalar var. İnsanlar oyuna gəlirlər. Stadion təbii örtüklə olsa, daha yaxşı olar. Belə azarkeşlər qarşısında oynamaq yaxşıdır.

- Namik Ələskərovun zədəsi uzun çəkdi. O, nə vaxt hazır olacaq?

- Namikin əzələsində zədə var idi. Bu zədə bir az uzun çəkdi. Hazırda ümumi qrupla məşqlərə qatılmağa çox yaxındır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!