"Sabah"ın kapitanı üçün...

21 Sentyabr 2022 02:10 Sabah 386
"Sabah"ın kapitanı üçün...

Premyer Liqasının VII turu “Sabah”ın futbolçusu Elvin Camalov üçün ilklə əlamətdar olub.

Sportinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ölkə çempionatlarında özünün ilk qolunu vurub.

O, “Turan Tovuz”la qarşılaşmada (3:1) penaltini qola çevirib. Camalov Premyer Liqadakı ilk qolunu özünün 187-ci oyununda vurub.

O, ölkə çempionatlarının 30 illik tarixində qol hesabını ən gec açan futbolçu olub. İndiyədək heç bir oyunçu ilk topunu bu qədər gözləməyib.

Debütü 2013/14 mövsümündə “Qəbələ”də gerçəkləşən Camalov bu klubda 111, “Zirə”də 43, “Sabah”da 33 dəfə meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!