Kapitan karyerasındakı ilki şəhidlərimizə həsr etdi - FOTOFAKT

18 Sentyabr 2022 19:00 Sabah 453
Kapitan karyerasındakı ilki şəhidlərimizə həsr etdi - FOTOFAKT

"Sabah" mövsümdə növbəti qələbəsini "Turan Tovuz" üzərində qazandı - 3:1.

Matçda vurulan sonuncu qolun önəmi xüsusi idi. Ki, Elvin Camalovun penaldan vurduğu qol onun karyerasındakı ilki kimi tarixə düşdü.

Kapitan tarixi qolu tarix yazan Azərbaycan əsgərlərinə həsr edib.

Belə ki, futbolçu matçdan sonra sosial şəbəkə hesabındakı paylaşımında karyerasındakı ilk qolunu son erməni təxribatlarının qarşısın alarkən şəhid olan qəhrəmanlara həsr etdiyini bildirib.

Təcrübəli yarımmüdafiəçi qol sevincini əks etdirən fotosuna bu sözləri yazıb - "Karyeramda ilk vurduğum qolu vətən uğurunda canından keçən əziz şəhidlərimizə həsr edirək. Ruhunuz şad olsun".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti