“Sabah” yeni sponsorla müqavilə imzaladı - İtalyanlarla

14 Sentyabr 2022 17:00 Sabah 1 170
“Sabah” yeni sponsorla müqavilə imzaladı - İtalyanlarla

Bu gün italyan restoranlar şəbəkəsi olan “Scalini” və “Sabah” arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə bağlanıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqaviləni “Scalini”nin Azərbaycan filialının təsisçisi Elio Bevilakkua və “Sabah”ın icraçı direktoru Ramin Həsənov imzalayıb.

Müqaviləyə əsasən, “Scalini” restoranlar şəbəkəsi “Sabah” Futbol Klubunun Misli Premyer Liqasının 2022-23-cü illər mövsümü üzrə qida sponsoru olub.

“Scalini” sözügedən mövsüm ərzində “Sabah” Futbol Klubunun əsas komandasını qida məmulatları ilə təmin edəcək.

“Sabah” Futbol Klubunun ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da, klubun məşq forması və sosial media hesablarında restoranlar şəbəkəsinin loqosu yerləşdiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu