“Sabah” AFFA-ya şikayət edəcək? – KLUBDAN AÇIQLANDI

12 Sentyabr 2022 19:40 Sabah 2 602
“Sabah” AFFA-ya şikayət edəcək? – KLUBDAN AÇIQLANDI

Premyer Liqanın 6-cı turunun “Qarabağ” – “Sabah” görüşü həftəyə damğa vurdu.

Mərkəzi qarşılaşmada futbol adına hər şey görmək mümkün idi: 7 top, penaltilər, qırmızı vərəqə, baxımlı qollar.

Matçın ən maraqlı hadisəsi oyunun əsas vaxtına artırılmış 3-cü dəqiqədə baş verdi.

Meydan sahiblərinin hücumu zamanı top “Qarabağ”ın futbolçusuna dəyib meydanı tərk etdiyi halda, İnqilab Məmmədov səhvən autu “köhlən atlar”ın xeyrinə verdi.

Epizodun davamında Kadi Borges cərimə meydançasında kobudluqla dayandırıldı və penalti nöqtəsinə yaxınlaşan Ramil Şeydayev komandasının qələbə topunu vurdu.

Məlum hadisədən sonra sosial şəbəkələrdə müzakirələr səngimək bilmir. Böyük əksəriyyət hakimlərin “Qarabağ”a kömək etdiyini yazır, bir qisim isə bunun “Sabah”ı dayandırmaq üçün atılan addım olduğunu iddia edir.

Məntiqlə, olaydan ən çox narahatlıq keçirən “Sabah” olmalıdır. “Tələbələr”in baş məşqçisi Murad Musayev oyunsonrası mətbuat konfransında epizodun təkrarına baxandan sonra dəqiq fikir söyləyə biləcəyini demişdi.

Yaşananların üstündən təxminən 1 sutka keçdiyini nəzərə alsaq, “Sabah”ın bu mənada hansı addım atacağı, AFFA-ya şikayət məktubu ünvanlayıb-ünvanlamayacağı maraq doğurur.

Qaranlıq məqama aydınlıq gətirmək üçün klubun mətbuat katibi Elnur Həmidovu aradıq.

Həmkarımız mövzu ilə bağlı qərar qəbul edilmədiyini deyərək, yaxın günlərdə bununla əlaqədar hansı addım atılacağı haqda dəqiq söz deyə bilməyəcəyini söylədi.

“Qarabağ” – “Sabah” qarşılaşması 4:3 hesabı ilə Azərbaycan çempionunun xeyrinə başa çatıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı