"Qarabağ"lıların qarabağlı ilə nə dərdi var?

12 Sentyabr 2022 23:40 Sabah 1 769
"Qarabağ"lıların qarabağlı ilə nə dərdi var?

Ötən gün 6-cı tura Suraxanıda baş tutan "Qarabağ" - "Sabah" matçı ilə yekun vuruldu.

Kifayət qədər gərgin və dramatik keçən matçda hakim səhvləri də diqqətdən qaçmadı.

Bu barədə başqa yazılarımızda ətraflı toxunulacaq.

Dünənki oyunda diqqətimi çəkən daha bir məqam meydan sahiblərinin ən böyük azarkeş qrupu olan "İmarət"in "Sabah"ın gənc qapıçısı olan Yusif İmanova olan münasibətindən gedir.

Fanat qrupu 90 dəqiqə və oyundan sonra gənc qolkiperə nalayiq söyüşlərlə təzyiq etməyə çalışdılar.

Bəli, fanatın vəzifələrindən biri elə rəqib futbolçulara təzyiq etməkdir. Amma bu, niyə söyüşlə olsun? Axı daha loyal yollar var.

Əvvəla, Yusif hər hansı əcnəbi oyunçu (heç bu halda da söyüş qəbulolunmazdır) deyil.

Digər tərəfdən onun cəmi 19 yaşı var. Gələcəkdə milli komandamızın belə şərəfini qorumaq potensialı görünür. Özü də "Qarabağ"ın təmsil olunduğu Ağdam rayonunda dünyaya gəlib.

Mütləq ki, içində bir "Qarabağ" sevgisi də var. Hətta bu, gələcəkdə onun "Qarabağ"ın qapısını qorumaq ehtimalını da gücləndirir. Bəs onda İmanovun üzünə necə baxılacaq?

Yusif gənc olmasına baxmayaraq, dünən çox peşəkar davrandı. Ona yönələn lazımsız təhqirlərə heç bir reaksiya vermədi. Amma haqqlı olaraq verə də bilərdi. Bəs onda necə olacaqdı?

Təbii ki, gənc yaşında bir azarkeş ordusu ilə qarşıdurmaya getməsi onun gələcək karyerasına böyük zərbə olardı.

Elə yalnız buna sevinmək olar ki, o, fanat qrupunun provokasiyasına getmədi. Ümid edək ki, "İmarət"çilər də gələcəkdə bu məqama diqqət edəcək və lazımsız addımlarından əl çəkəcəklər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"