Azərbaycana qayıdan legioner bu ölkənin yığmasının B siyahısı üçün sifariş olundu

11 Sentyabr 2022 01:50 Sabah 690
Azərbaycana qayıdan legioner bu ölkənin yığmasının B siyahısı üçün sifariş olundu

"Sabah"ın legioneri Aleksey Kaşuk Ukraynanın U-21 millisinə dəvət olunub.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Ruslan Rotanın Avro-2023-ün Slovakiya ilə pley-off matçları üçün milliyə çağırdığı futbolçular arasında Kaşukun da adı var.

22 yaşlı yarımmüdafiəçi B siyahısı üçün sifariş olunub.

Ukrayna və Slovakiya yığmaları arasında qarşılaşmalar sentyabrın 23-ü və 27-də oynanılacaq.

“Sabah” Kaşuku Ukraynanın “Şaxtyor” klubundan bir illik icarəyə götürüb.

Digər Xəbərlər
Xəbər Lenti