"Sabah" ukraynalı vingeri “Şaxtyor”dan icarəyə götürdü - Növbəti dəfə

5 Sentyabr 2022 17:00 Sabah 1 002
"Sabah" ukraynalı vingeri “Şaxtyor”dan icarəyə götürdü - Növbəti dəfə

"Sabah" növbəti legioner transferini gerçəkləşdirib.

Masazır təmsilçisindən Sportinfo.az-a verilən məlumata görə, “Şaxtyor”dan (Donetsk) Aleksey Kaşuk icarəyə götürülüb.

Ukraynalı cari mövsümün sonunadək "Sabah"da çıxış edəcək.

Aleksey Kaşuk 2021/2022 mövsümündə də icarə əsasında "Sabah"ın formasını geyinib.

22 yaşlı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 8 oyuna çıxıb və 2 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti