"Sabah" 10-a çatdırdı – Daha bir uğurlu seriyasını

5 Sentyabr 2022 13:20 Sabah 969
"Sabah" 10-a çatdırdı – Daha bir uğurlu seriyasını

“Sabah” məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, Murad Musayevin komandası Azərbaycan Premyer Liqasının 5-ci turunda “Səbail”lə qarşılaşıb.

Mövsümün startında ardıcıl 4 qələbə qazanan “Sabah” ilk xal itkisi ilə üzləşib – 0:0.

Paytaxt klubu ötən çempionatın son 5 oyununda da uduzmayıb.

Sonuncu dəfə ötən mövsümün 23-cü turun aprelin 16-dakı səfər görüşündə “Neftçi”yə 0:1 hesabı ilə uduzan Musayevin komandası yenilməzliyini 10-a çatdırıb.

Bakılılar tarixinin ən uğurlu seriyası zamanı 6 qələbə qazanıb və 4 heç-heçə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti