"Belə olarsa, Azəbaycan futbolu inkişaf edə bilər" - Murad Musayev

4 Sentyabr 2022 21:30 Sabah 1 555
"Belə olarsa, Azəbaycan futbolu inkişaf edə bilər" - Murad Musayev

"Oyunboyu üstünlük bizim tərəfimizdə oldu. Qol epizodları da yaratdıq. Lakin fürsətlərdən istifadə edə bilmədik. Belə komandalara qarşı oynamaq çox çətin olur. Çünki rəqib bağlanır, boşluq vermir, tələsmir. Azərbaycan çempionatında bu cür oyunlarla çox rastlaşacağıq. Ümidvaram ki, belə oyunlarda açarı tapacağıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 5-ci turunun "Səbail"lə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Nicat Mehbalıyev haqda fikriniz necədi?
- Nicat da, Yusif də yaxşı qapıçılardı. Bu oyunlarda Yusifə üstünlük verdik. Ancaq Nicata da güvənirik və onun da özünü göstərməsi üçün zamanı olacaq. Nicat sizin qohumunuzdu? Neçə oyundur ki, qol buraxmırıq, siz niyə onu soruşursunuz? Bizim hələ üçüncü qapıçımız da var. O da yaxşı qapıçıdı.

- Nicatı itiririk, ona görə soruşuram..
- Harada itirmişik? O, hazırda paltardəyişmə otağındadı.

- Sanki bu gün komandada döyüşkənlik çatmadı. Düzdü, döyüşkən oyunçuları meydana sonradan daxil etdiniz. Ancaq sizcə, gec deyildi?
- İldar Alekperov və Tellur Mütəllimovun döyüşkən oyunçu yox, daha çox texnikalı futbolçu olduğunu deyərdim. Döyüşkən Elvin Camalovdu. Ola bilər ki, oyununa axarını dəyişərdik. Qol vursaydıq, indi başqa cür danışardıq.

- İlk turda komandanız haqda pozitiv danışmaq istəyəndə, dediniz ki, 5 turdan sonra danışarıq. İndi buna hazırsınız?
- Belə dediyimə inanmıram. Sual verin, cavab verim.

- Demişdiniz ki, ilk turdan sonra komanda haqda qiymət vermək erkəndi...
- Azərbaycanda heç bir oyun asan olmayacaq. Hamı bizdən xal qoparmağa çalışır. Konsentrasiyanı itirməməliyik. Əvvəlki turlarda layiqli qələbələr qazandıq. Düşünürəm ki, bunu xarakterimiz sayəsində etdik. Amma yenə də çox işləməliyik. Sizin hansı sualları verməyi xoşladığınızı mən bilirəm (gülür). "Neftçi" ilə, "Qarabağ"la çempionluq mübarizəsi apara bilərsiniz?(gülür). Buna heç vaxt cavab verməyəcəm. Yalnız oyundan-oyuna irəliləmək lazımdı. Mənim üçün vacib oyun növbəti turdu.

- Mənim üçün hansı komandanın birinci pilləni tutması önəmli deyil. Vacib olan odur ki, Azərbaycanı avrokuboklarda uğurlu təmsil etsinlər...
- Bütün klublar?

- Avrokuboklara düşəcək komandalar...
- Çalışacağıq. Bunun üçün isə hücum futbolu oynamaq lazımdı. Avropada oyunlar yüksək tempdə keçir. Əgər ora hazır olmaq istəyiriksə, indidən bu şəraitə uyğunlaşmalıyıq. Hücum etməyə qorxmamalıyıq, vaxt aparmamalıyıq. Məhz belə olarsa, Azərbaycan futbolu inkişaf edə bilər.

- "Sabah" bu mövsüm çempionluğa iddia edə bilər?
- Məncə, 10 komandanın hamısı iddia edə bilər.

- Matçın son dəqiqələrində Mahmud Qurbanovla mübahisə yaşadınız. Ümumiyyətlə, hakimlik barədə fikriniz necədi?
- Bəli, bir az emosional davrandım. Bu, qalib gəlmək istəyinə görə idi. Oyundan sonra Mahmud Qurbanovla danışdıq, əl sıxışdıq və bir-birimizə uğurlar arzuladıq. Bu futboldur, olur. Hakimliyə gəldikdə, hər hansı narazılığım yoxdu. Sadəcə çox istəyərdim ki, hakimlər rəqibləri daha cəld, tez davranmalarını, topu oyuna dərhal daxil etmələri üçün tələsdirsin. Dayanmalar daha az olsa, yaxşıdı. Ancaq dediyim kimi, hakimlik haqda hər hansı narazılığım yoxdu.

Digər Xəbərlər
Xəbər Lenti