"Sabah"da kreativ transfer xəbəri! Onun kimliyi ilk olaraq "Sportinfo"da - FOTO

1 Sentyabr 2022 17:00 Sabah 1 893
"Sabah"da kreativ transfer xəbəri! Onun kimliyi ilk olaraq "Sportinfo"da - FOTO

“Sabah” özünün rəsmi "feysbuk" səhifəsindən yeni oyunçunun mesajını verib.

İnisiallardan ibarət paylaşımda transfer olunacaq futbolçunun baş hərifləri “OK” olaraq eyd olunub.

Apardığımız araşdırma nəticəsində həmin oyunçunun kimliyini öyrənə bildik. Bu, Aleksey Kaşukdur.

Ötən mövsümün ikinci yarısını (son 3 ayını) Masazır təmsilçisində keçirən vinger yenidən təmsilçimizə qayıdıb. O, qarşıdakı bir ili icarə müqaviləsi əsasında paytaxt klubunda keçirəcək.

İlk gəlişindəki qısa müddətdə kifayət qədər parlaq çıxış edən futbolçu Azərbaycan Premyer Liqasında meydana çıxdığı 8 matçda 2 qol və 2 asistlə yadda qalmışdı.

21 yaşlı yarımmüdafiəçinin Ukrayna gənclər millisinin üzvü olduğunu da bildirək.

Kaşuk karyerası ərzində “Şaxtyor”un əvəzedici komandası və “Mariupol”un (2019-2022) formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"