Qələbələri sıralayan "Sabah"ı üzən nədir?

3 Sentyabr 2022 21:20 Sabah 1 605
Qələbələri sıralayan "Sabah"ı üzən nədir?

"Sabah" Premyer Liqaya möhtəşəm start verib - 4 oyun və qələbə.

Hazırda turnir cədvəlində lider olan komanda təbii ki, durumundan məmun qalmaya bilməz.

Amma baş məşqçi Murad Musayevi üzən başqa məsələdir - zədəlilər.

Yaya fasiləsində komandasını 7 yeni transferlə gücləndirən rusiyalı mütəxəssisin məqsədi ehtiyat qüvvəni çoxaltmaq idi.

Amma ardıcıl zədələr mütəxəssisin planlarını pozmaqdadır. Daha əvvəldən Kiristian, Tiemoko Fofana, Zurab Oçiqava və Bəxtiyar Həsənalizdənin zədəli olduğu məlum idi.

Ötən həftəiçi məşqlərdə daha bir şok yaşanıb. Kristian Sebalyos sıradan çıxıb. "Qəbələ" ilə oyunu buraxmaq məcburiyyətində olan ispaniyalının nə vaxt sıraya dönəcəyi də məlum deyil.

Təsəvvür edin ki, "Qəbələ" ilə son matçda geniş heyəti var dediyimiz "Sabah"ın ehtiyat skamiyasında oyunu gücləndirə biləcək cəmi üç ehtiyat oyunçu vardı. Zədədən yeni qayıdan Namiq Ələsgərov və Tellur Mütəllimovla Emmanuel Apeh.

Zədə sindromu belə davam edərsə, yəqin ki, qələbə seriyasın da davam etdirmək Masazır təmsilçisi üçün çətinləşəcək.

XANOĞLAN / SORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti