"Biz heç kimi təxribata çəkmək fikrində deyilik"

31 Avqust 2022 03:00 Sabah 792
"Biz heç kimi təxribata çəkmək fikrində deyilik"

Sportinfo.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqasının 4-cü turunun "Qəbələ" ilə görüşü (2:0) haqda sualları cavablandırıb.

- İlk yarıda ən yaxşı oyunumuzu göstərə bilmədik. Komandada gərginlik var idi. Birinci hissəsinin sonlarında Davit Volkovun qol epizodunu qeyd edə bilərəm. İkinci hissədə yaxşı hazırlanmış, düşünülmüş, kombinassiyalı qollarımızı vurduq. Bu qələbəyə görə şadam.

- İlk yarıda bundan əvvəlki turlarda gördüyümüz "Sabah"ı görə bilmədik. Səbəb nə idi?
- İnanıram ki, bu, bir daha təkrarlanmayacaq. Biz əvvəlki turlarda da layiq olduğumuz qələbələr qazanmışdıq. Oyunun məsuliyyəti məncə, bizi bir az sıxırdı.

- Coy-Lens Mikelsin vurduğu qolu rəqib azarkeşlər qarşısında qeyd edərək provakasiyaya çəkməsi haqda nə deyə bilərsiniz?
- Həmin epizodu görmədim. Amma düşünmürəm ki, o, bunu bilərəkdən edib. Biz heç kimi provakasiya çəkmək fikrində deyilik. Yəqin ki, vurduğun qolu rəqib azarkeş qarşısında qeyd etmək doğru deyildi. Əminəm ki, bu, emosialardı. İnanmıram ki, o, bunu "Qəbələ" azarkeşlərini üzmək üçün etsin.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"