Musayevdən TƏMİZ İŞ

30 Avqust 2022 14:40 Sabah 809
Musayevdən TƏMİZ İŞ

Bu yay ölkəmizi Konfrans Liqasında «Neftçi», «Zirə» və «Qəbələ» təmsil etdi.

Onların üçünə də öz gücünü göstərən tək komanda var Premyer Liqada - «Sabah».

Təqvim baxımından ən çətin qrafiklə üzləşən «Sabah» geridə qalan 4 həftədə maksimum xal toplayıb. Murad Musayevin ən şirin yuxusu bu olsun gərək.

Burada işlər rusiyalı baş məşqçinin ürəyi istədiyi kimi gedir. Komandası oyunu ilə iddiasını uzlaşdırmağı bacarıb.

Əksər iştirakçılardan fərqli olaraq.
«Sabah»ı bir addım önə çıxaran və sabit saxlayan Musayevin kollektiv üzərində tək hakim olmasıdır.

Buradakı hər bir oyunçu onun lider kimi qəbul edib və dediklərini qeyd-şərtsiz yerinə yetirir. Ədalətsiz biri olsaydı, çoxdan səsi çıxmışdı,

Bu gün ehtiyatda qalanlar da ən azı meydandakılar qədər vurulan hər qola doyunca sevinir. Bu, özlüyündə çox sualın cavabıdır.

Murad Musayev taktiki cəhətdən hazırlıqlı və savadlıdır. Nə olsun ki, o, əcnəbi məşqçidir, gördüyü işlə yerli həmkarları ilə arasında əyani və qiyabi rəqabət yaradıbsa, qiymətləndirməliyik.
Cinah yarımmüdafiəçilərindən səmərəli istifadə faizinə görə «Sabah» yalnız «Qarabağ»dan geri qala bilər.

Vingerlər aktif hücum fazasının özəyini təşkil edir. Boyan Letiçin iki məhsuldar ötürməsini yada salaq, kifayətdir.

Ümumiyyətlə, «Sabah» xətti həmlələrin qurulması yönündə son vaxtlar xeyli irəli gedib və bəlli olan odur ki. Musayev Bolqarıstan toplanışında buna yetərincə vaxt ayırıb.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti