"Neftçi", "Zirə" və "Qəbələ"ni bu komanda əvəz etsəydi...

30 Avqust 2022 20:40 Sabah 2 170
"Neftçi", "Zirə" və "Qəbələ"ni bu komanda əvəz etsəydi...

“Sabah” yeni mövsümə çox uğurlu start verib.

Komanda 4 oyunda maksimum xal əldə edib. Rəqiblər isə nə yeni yaranan “Şamaxı” olub, nə də debutanlar – “Turan Tovuz” və “Kəpəz”.

Masazır təmsilçisinin ilk turdakı rəqibi “Sumqayıt” olubsa, sonrakı ardıcıl üç turda uyğun olaraq “Zirə”, “Neftçi” və “Qəbələ” ilə qarşılaşıb.

Bəli, “Zirə”, “Neftçi” və “Qəbələ”.

Yadıma lap Konfrans Liqası düşdü. Bir anda gözümün önündə Avropa səhnəsi canlandı.

Axı bu klubların üçü də həmin turnirdə ölkəmizi təmsil edirdi. Amma heç biri də layiqincə bunu bacarmadı. Amma bu gün “Sabah” bu üç klubun üçünü də məğlub etməyə müvəffəq oldu.

Murada Musayevin yetirmələri “Makkabi”nin (Təl əviv) Mərdəkanda 3-0 yendiyi rəqibi elə həmin məkanda 3-1 məğlub etdisə, Vyanada “Rapid”ə əsas vaxtda minimal hesabla (0-1) uduzan “neftçi”ni Masazırda elə minimal hesabla (2-1) uddu. Qəbələdə Macarıstan “Fehervar”ın udan (2-1) “qırmızı-qaralar” isə elə həmin arenada quru hesabla məğlub edildi – 0:2.

Bakı təmsilçisi ötən il avrokuboklara getmək şansını son anda əldən qaçırmışdı.

Yuxarıdakı müqayisəni və nəticələri görəndə, əlbəttə ki, ilk yada duşən sual bu oldu ki, görəsən, 3 təmsilçimizdən birini “Sabah” əvəz etsəydi bu gün Avropa arenasında fərqli nəticə(lər)dən danışardıqmı?

Kifayət qədər maraqlı, amma təəssüf ki, cavablandıra bilməyəcəyimiz zamanlamadır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti