Premyer Liqada mövsümün ilk DAVASI - VİDEO+FOTOREPORTAJ

30 Avqust 2022 02:10 Sabah 582
Premyer Liqada mövsümün ilk DAVASI - VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında "Qəbələ" "Sabah"ı qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən mərkəzi qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt təmsilçisindən qolları 48-ci dəqiqədə Davit Volkov və 64-cü dəqiqədə Coy Lens Mikels vurublar.

İkinci qoldan sonra oyunda insident baş verib.

Almaniyal oyunçuya dərhal reaksiya verən “qırmızı-qaralar”ın müdafiəçisi Ruan Renato ona hücum çəkib.

Daha sonra Bakı klubundan Aleksey İsayev ilə meydan sahiblərindən Rafael Utziq arasında qalmaqal yaşanıb. Məşqçilərin də köməyi ilə tərəfləri çətinliklə sakitləşdirmək mümkün olub.

Matçın baş hakimi Əliyar Ağayev Mikelslə Renatoya sarı vərəqə göstərib

Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Sabah" vahid lider olub. "Qəbələ" isə 9 xalla 3-cü pillədə qərarlaşıb. 1 oyun az keçirən "Qarabağ"ın da 3 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti