"Bir yeni oyunçu istəyirik, alınsa, müqavilə imzalayacağıq"

30 Avqust 2022 01:20 Sabah 628
"Bir yeni oyunçu istəyirik, alınsa, müqavilə imzalayacağıq"

"Birinci hissədə ən yaxşısını edə bilmədik. Fərqli iki hissə alındı. İlk hissə gərgin idi.

Müdafiədə düzgün oynamırdıq. Birinci hissədə cəmi bir qol epizodu yarada bildik. Fasilədən sonra isə ikinci yarıya daha rahat çıxdıq.

İlk turlardakı oyunumuzu oynamağa başladıq. Psixoloji cəhətdən üstün idik. Vurduğumuz qollar bizə kömək oldu. Rəqib boşluqlar verdi, biz də istifadə etdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 4-cü turunun "Qəbələ" ilə görüşü haqda açıqlamasında bildirib.

Musayev komandaya yeni futbolçunun gəlib-gəlməyəcəyi haqda da danışıb:

"Oyundan 1 saat əvvəl ehtiyat skamyada oturmağımın gərginliklə əlaqədar deyildi. Məşqçilər üçün ayrıca otaq yoxdu.

Oyunçuların matça köklənməsinə mane olmaq istəmirdim. Məhz buna görə ehtiyat skamyada oturmuşdum.

Transfer məsələsinə gəlincə, bir oyunçu istəyirik. Alınsa, rəsmi müqavilə imzalayacağıq. Düzdü, zədəli futbolçularımız var. Amma hər halda komandada 22 futbolçuya sahibik".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!