“Sabah”da iki ilk hadisə birdən baş verdi

29 Avqust 2022 22:40 Sabah 855
“Sabah”da iki ilk hadisə birdən baş verdi

"Sabah"ın futbolçuları Davit Volkov və Seymur Məmmədov üçün Azərbaycan Premyer Liqasının 4-cü turunda "Qəbələ" ilə oyun (2:0) əlamətdar olub.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, gürcüstanlı forvard Qəbələ səfərində komandanın heyətində ilk qoluna imza atıb.

Volkov buna “Sabah”dakı 4-cü rəsmi oyununda nail olub.

Seymur Məmmədov isə “Qəbələ” ilə görüşdə “Sabah”ın əsas komandasında debüt edib. 19 yaşlı yarımmüdafiəçi matçın 90+5-ci dəqiqəsində Aleksey İsayevin yerinə meydana daxil olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!