“Xəzər Lənkəran”dan sonra "Sabah"… Yeni nailiyyətə imza atdı

29 Avqust 2022 11:40 Sabah 1 973
“Xəzər Lənkəran”dan sonra "Sabah"… Yeni nailiyyətə imza atdı

"Sabah" Azərbaycan Premyer Liqasında yeni nailiyyətə imza atıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda buna ardıcıl 4 matçda qələbə qazanmaqla nail olub.

Masazır təmsilçisi son olaraq IV turda səfərdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib.

"Sabah" ölkə çempionatlarına 4 qələbə ilə başlamağı bacaran 9-cu komanda olub.

Bunadək 8 kollektiv mövsümün ilk 4 matçında xal itirməyib. Bunlar “Neftçi”, “Qarabağ”, “Şəmkir”, “Xəzər Lənkəran”, “Şəfa”, “Xəzri”, “Kəpəz” və AZAL-dır. İndiyədək 16 dəfə bir komanda ilk dörd qarşılaşmada 12 xal toplayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti