"1 saat əvvəl ehtiyat skamyada oturmağımın gərginliklə əlaqədar deyildi" - Murad Musayev

28 Avqust 2022 22:10 Sabah 1 114
"1 saat əvvəl ehtiyat skamyada oturmağımın gərginliklə əlaqədar deyildi" - Murad Musayev

"Birinci hissədə ən yaxşısını edə bilmədik. Fərqli iki hissə alındı. İlk hissə gərgin idi. Müdafiədə düzgün oynamırdıq. Birinci hissədə cəmi bir qol epizodu yarada bildik. Fasilədən sonra isə ikinci yarıya daha rahat çıxdıq. İlk turlardakı oyunumuzu oynamağa başladıq. Psixoloji cəhətdən üstün idik. Vurduğumuz qollar bizə kömək oldu. Rəqib boşluqlar verdi, biz də istifadə etdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 4-cü turunun "Qəbələ" ilə görüşündən sonra "CBC Sport"a açıqlamasında bildirib.

Musayev komandaya yeni futbolçunun gəlib-gəlməyəcəyi haqda da danışıb: "Oyundan 1 saat əvvəl ehtiyat skamyada oturmağımın gərginliklə əlaqədar deyildi. Məşqçilər üçün ayrıca otaq yoxdu. Oyunçuların matça köklənməsinə mane olmaq istəmirdim. Məhz buna görə ehtiyat skamyada oturmuşdum. Transfer məsələsinə gəlincə, bir oyunçu istəyirik. Alınsa, rəsmi müqavilə imzalayacağıq. Düzdü, zədəli futbolçularımız var. Amma hər halda komandada 22 futbolçuya sahibik".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!