"Sabah" belə davam edərsə...

26 Avqust 2022 23:40 Sabah 1 183
"Sabah" belə davam edərsə...

"Sabah" Azərbaycan Premyer Liqasında yeni mövsümə əla start verə bildi. Komandanın 3 matçda sonra aktivində maksimum xal var - 9.

Həm də kifayət qədər ciddi rəqiblərlə - "Sumqayıt", "Zirə" və "Neftçi" önündə bu qələbələr qazanılıb.

Yay fasiləsində Musayevin yığdığı komandanın fiasko yaşayacağını ehtimal edən az adam yoxd idi. Amma bu gün bunun tam əsksini görürük.

Kimisi startdakı belə uğuru geniş heyətlə, kimisi də sanballı legionerlərlə əlaqələndirir.

Amma mənə görə bu iki məqamdan da çox komandanı uğura aparan komanda ruhudur. Ötən illərdə də komandanın heyəti geniş olub və aralarında sanballı futbolçular heç də az olmayıb.

Sadəcə bu gün futbolçular arasında ötən illərdə heç vaxt olmayan birlik, mehribanlıq var.

Elə "Neftçi" ilə son oyundakı yaşananlar sözümüzün əyani sübutudir.

Gənc Yusif İmanov etdiyi səhvdən sonra təcrübəli legioner Badan böyük dəstək hiss etdi.

Kristian Sebalyos penalı qaçırdığında komanda yoldaşının əlini belində hiss etdi.

Emmanuel Epeh penal vurmaq həvəsinə düşəndə meydanda olan ştatlı penal vuran Aleksey İsayev buna hörmətlə yanaşdı.

Hər qoldan sonra Amin Seydiyevin ehtiyat skamiyaya tərəf qaçıb, məşqçilərlə sevincini böyük təmtəraqla bölüşməsi də gözdən qaçmadı.

Bütün bunlar aradakı isti münasibətdən, böyük qələbə istəyindən və böyük hədəfdən xəbər verən önəmli detaldır. İndi yeganə məsələ bu ab-havanı sona kimi qorumaqdır. Belə olarsa, elə sona kimi də uğurlu performansı qorumaq Murad Musayevin komandası üçün çətin olmayacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti