Azərbaycan klubunun legioneri qızının adına açılan banneri öpdü - VİDEO

23 Avqust 2022 09:20 Sabah 921
Azərbaycan klubunun legioneri qızının adına açılan banneri öpdü - VİDEO

"Sabah"ın azarkeşləri komandanın yenicə qız övladı dünyaya gələn bombardiri Coy-Lens Mikelsi özünəməxsus şəkildə təbrik ediblər.

Sportinfo.az xəbər verir ki, fanatlar Azərbaycan Premyer Liqasının 3-cü turunda "Neftçi" ilə keçirilən oyunda "Ailəmizə xoş gəldin, Nia Mikels" yazılmış banner açıblar.

Almaniyalı hücumçu 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra həmin bannerə yaxınlaşaraq onu öpüb və azarkeşlərə təşəkkür edib.

Digər Xəbərlər
Xəbər Lenti