"Sabah" "Nefçi"ni Masazırda uddu, hamını qabaqladı

22 Avqust 2022 23:40 Sabah 530
"Sabah" "Nefçi"ni Masazırda uddu, hamını qabaqladı

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 3-cü turunun “Sabah” – “Neftçi” oyununda (2:1) azarkeş rekordu qeydə alınıb.

“Bank Respublika Arena”da keçirilmiş matçı 5500 tamaşaçı tribunalardan izləyib ki, bu da, “Sabah”ın Premyer Liqada ev oyunlarında qeydə alınmış ən yüksək göstəricidir.

Əvvəlki rekord 2018/19-cu il mövsümündə keçirilmiş “Sabah” – “Qarabağ” matçında qeydə alınmışdı (4500 tamaşaçı).

“Sabah” – “Neftçi” görüşündə Azərbaycan Premyer Liqasının cari mövsümündə qeydə alınmış tamaşaçı rekordu da təkrarlanıb.

İlk turda keçirilmiş “Turan Tovuz” – “Qəbələ” matçını da eyni sayda azarkeş izləmişdi.

Digər Xəbərlər
Xəbər Lenti