"Sabah"ın yeni transferi üçün... “Neftçi” ona düşərli oldu

22 Avqust 2022 11:20 Sabah 896
"Sabah"ın yeni transferi üçün... “Neftçi” ona düşərli oldu

Misli Premyer Liqasında III tura start verilib.

Sportinfo.az xəbər verir ki, “Sabah” bu turda evdə “Neftçi” ilə qarşılaşıb.

“Bank Respublika Arena”da baş tutan və meydan sahibi komandanın 2:1 hesablı qələbəsi ilə nəticələnən matç hücumçu Emmanuel Apeh üçün əlamətdar olub.

Nigeriyalı futbolçu matçın əsas vaxtına əlavə edilmiş 1-ci dəqiqədə özünün qazandığı penaltini qola çevirməklə, həm komandasına 3 xal qazandırıb, həm də “Sabah”da qol hesabını açıb.

​Apeh buna 3-cü rəsmi oyununda nail olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti