"Sabah"ın yenisi üçün 3 oyun yetərli oldu ki...

21 Avqust 2022 23:40 Sabah 1 159
"Sabah"ın yenisi üçün 3 oyun yetərli oldu ki...

Azərbaycan Premyer Liqasında III tura start verilib.

Sportinfo.az xəbər verir ki, “Sabah” bu turda evdə “Neftçi” ilə qarşılaşıb. “Bank Respublika Arena”da baş tutan və meydan sahibi komandanın 2:1 hesablı qələbəsi ilə nəticələnən matç hücumçu Emmanuel Apeh üçün əlamətdar olub.

Nigeriyalı futbolçu matçın əsas vaxtına əlavə edilmiş 1-ci dəqiqədə özünün qazandığı penaltini qola çevirməklə, həm komandasına 3 xal qazandırıb, həm də “Sabah”da qol hesabını açıb.

​Apeh buna 3-cü rəsmi oyununda nail olub.

Digər Xəbərlər
Xəbər Lenti