"90 dəqiqə mübarizə aparmağımız, döyüşməyimiz bu qələbəni gətirdi" - Murad Musayev

20 Avqust 2022 23:30 Sabah 962
"90 dəqiqə mübarizə aparmağımız, döyüşməyimiz bu qələbəni gətirdi" - Murad Musayev

"Sabah" Azərbaycan Premyer Liqasının 3-cü turunun oyununda öz meydanında "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün meydanda parlaq oyun gördük. Meydanda bir birinə güzəştə getməyən, mübarizə aparan komandalar izlədik. Buna kişi mübarizəsi deyərdim. Bizim həmişə "Neftçi" ilə oyunlarımız gərgin keçir. 90 dəqiqə qələbəyə inanırdıq. Bu oyun bizim üçün mental cəhətdən də çöx önəmlidir. Çünki, bəzi matçlarda "Neftçi"yə qarşı yaxşı oynamağımıza baxmayaraq, məğlub olmuşduq. Bu gün stadionda çoxlu azarkeş var idi. Buna görə də çox şadam. Bizim məqsədimiz oyundan oyuna daha yaxşı olmaqdır.

- Bu qələbədən sonra demək olar ki, "Sabah" "Qarabağ"la çempionluq uğrunda mübarizə aparacaq?

- Bu haqda düşünmürük. Məqsədimiz qarşıdakı oyunu daha yaxşı oynamaqdır. Hazırda turnir cədvəli yoxdur, daha yaxşı oynamaq, inkişaf etmək lazımdır.

- 3 penalti oldu və 3 fərqli futbolçuyerinə yetirdi. Bununla bağlı nə deyə bilərsiz?

- Bizim əsas penaltiçimiz Sebalyosdur. O meydanda olmayanda bunu Aleysey İsayev həyata keçirir. Üçüncü penaltini Emmanuel Apeh yerinə yetirdi. Amma normalda o vurmamalıdır. Bəzən görürsən ki, futbolçu qol vurmağı çox istəyir. Ona görə də biz ona bu fürsəti verdik.

- "Neftçi"nin baş məşqçisi günahı öz futbolçularında gördü. Taktiki və ya digər komponentlərdə rəqibə uduzduğunu etiraf etmədi. Bildirdi ki, biz oyuna qeyri-ciddi yanaşmışdıq. Bu haqda nə deyə bilərsiz?

- Məncə biz 90 dəqiqə mübarizə apardıq. İkili mübarizələrdə daha yaxşı idik. Taktika ikinci planda idi. Fikrimcə 90 dəqiqə mübarizə aparmağımız, döyüşməyimiz bu qələbəni gətirdi.

- Adətən belə oyunlarda motivasiya və psixoloji hazırlıq ön plana çıxır. Komandanı necə hazırlamışdız?

- Əlbəttə bunu uzun bir hekayəsi var. Paltardəyişmə otağında verilən təlimatlardan, 5 məşqdən, 3-4 iclasdan, hər gün futbolçularla danışıqlardan asılıdır. İlk hissədən sonra uşaqlara sakit olmağı tapşırdım. Çünki, yaxşı oynayırdıq. Əvvəlki oyunlarda "Neftçi"yə qarşı yaxşı oynasaq da, qələbə qazanmamışdıq. Bu dəfə isə alındı.

- "Ferentsvaroş"la matçdan əvvəl demişdiz ki, "Qarabağ" öz oyununu oynasa, mərhələni keçəcək. "Viktoriya" ilə oyun haqda proqnozlarınız nədir?

- "Viktoriya" yaxşı rəqibidr. Topu itirindən sonra sərt oyuna üstünlük verirlər. Düşünürəm ki, öz meydanlarında da Bakıdakı oyunları dəyişməyəcək. "Qarabağ"a soyuqqanlı olmağı arzulayıram. Bu şəkildə olsa, inanıram ki, mərhələ adlaya biləcəklər, amma çətin olacaq. Qapalı komandalara qarşı oynamaq çətindir. Əvvəlki rəqiblər açıq futbol oynayırdılar, amma "Viktoriya" qapanır. Amma mən inanıram ki, "Qarabağ" lazım olan açarı tapa biləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"